Polşanın Xarici İşlər Nazirliyi ölkənin şərqində, Lublin vilayətinin Osiny kəndinə PUA düşməsi ilə bağlı Rusiyaya rəsmi etiraz notası təqdim edib. Yenifikir.media xəbər verir ki, nazirliyin saytında bildirilib ki, Varşava Moskvanı “qəsdən təxribat”da və “Polşanın suverenliyini pozmaqda” günahlandırır.
XİN-in məlumatına görə, hadisə 2025-ci il avqustun 19-dan 20-nə keçən gecə baş verib və Polşa tərəfi bununla bağlı Rusiyaya sərt etirazını çatdırıb.
Polis rəsmisi Marçin Yuzvikin sözlərinə görə, naməlum obyekt Osiny kəndində qarğıdalı sahəsinə düşərək partlayıb, ərazidə plastik və metal qalıqlar aşkarlanıb.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş isə bildirib ki, həmin gecə Polşa ərazisinə düşən dronun guya Rusiya mənşəli olduğu ehtimal edilir. Lakin nazir bu barədə hər hansı sübut təqdim etməyib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin