ABŞ-ın Mayami şəhərinin federal hakimi Ketrin Uilyams Donald Trampın Florida ştatındakı Everqleyz qoruğunda “Alliqator Alkatrası” adlı həbsxana tikintisi qərarını qanunsuz elan edib. The Guardian yazır ki, hakim müəssisənin 60 gün ərzində bağlanmasını və bu müddətdə ora yeni məhbusların gətirilməməsini əmr edib.
Avqustun əvvəlində Tramp administrasiyasının miqrantları “Cənubun Alkatrası” adlanan ciddi rejimli həbsxanada yerləşdirmə planı barədə məlumat yayılmışdı. Bu müəssisə 450 nəfərlik tutuma malikdir, Missisipi çayı və bataqlıqlarla əhatə olunub.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

