ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya-Ukrayna sülh prosesi ilə bağlı vəziyyət gələn iki həftə ərzində aydınlaşacaq.
Mətbuata açıqlamasında Tramp deyib: “İki həftə ərzində vəziyyətə aydınlıq gətiriləcək, sonra fərqli yanaşma lazım ola bilər.”
15 avqustda Alaska ştatında Rusiya Prezidenti Vladimir Putin ilə görüşən Tramp yekun razılıq əldə olunmadığını açıqlayıb.
18 avqustda Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşən Tramp NATO-nun kollektiv təhlükəsizlik zəmanətlərinə bənzər mexanizmlərin müzakirə olunduğunu və üçtərəfli zirvə üçün hazırlıqların başlandığını bildirib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin