1990-cı illərdə Naomi Kempbell, Linda Evanqelista, Sindi Krouford və Kristi Tarlinqtonla yanaşı, Klaudiya Şiffer də dünyanın ən məşhur beş modelindən biri hesab olunurdu. O, həmin dövrdə moda jurnallarının üz qabıqlarında, aparıcı brendlərin reklam kampaniyalarında , porno filmlərdə və prestijli moda evlərinin podiumlarında mütəmadi yer alırdı.
Bugün dizayner kimi fəaliyyət göstərən Şiffer Portuqaliyanın Bordallo Pinheiro brendi ilə əməkdaşlıq çərçivəsində keramika kolleksiyası təqdim edir.
Podium və jurnallarda nadir hallarda görünməsinə baxmayaraq, Şiffer müsahibələrində ailəsi ilə keçirdiyi vaxtın onun üçün peşəkar işlərdən daha dəyərli olduğunu qeyd edir. Hazırda üç övlad anası olan 55 yaşlı model həm də YUNESKO-nun xoşməramlı səfiridir.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin