Türkiyə Süper Liqasının 3-cü turunda öz meydanında Kocaelisporu 3:1 hesabı ilə məğlub edən Fənərbaxça transfer prosesini sürətləndirib. 2014-cü ildən bəri çempionluğa həsrət qalan sarı-lacivərtlilər heyətini gücləndirməyə davam edir. Son olaraq Nene ilə heyətini möhkəmləndirən klub, bu dəfə 38 milyon avro dəyərində olan meksikalı bombardiri transfer etmək üçün mühüm addımlar atır. Yenifikir.media xəbər verir ki,Fənərbaxça hazırda “Milan” klubunda çıxış edən 24 yaşlı meksikalı hücumçu Santiaqo Ximeneslə maraqlanır. Onun hazırkı bazar qiyməti 30 milyon avrodur. Ximenes ötən mövsüm meydana çıxdığı 38 qarşılaşmada 22 qol və 6 asistlə yadda qalıb.
Qeyd edək ki, indiyədək futbolçunun transferləri üçün ümumilikdə 38 milyon avro vəsait xərclənib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin