Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş ehtimalını istisna etmədiyini açıqlayıb. O, Putinin danışıqlara açıq olduğunu bildirib.

31 avqustda Putinin Çinə səfərinə toxunan Peskov, Moskva ilə Pekin arasında “xüsusi imtiyazlı strateji tərəfdaşlıq” münasibətlərinin davam etdiyini vurğulayıb.

Almaniya kansleri Fridrix Mersin “Putin-Zelenski görüşü olmayacaq” fikrinə cavab verən Peskov, əksinə, belə bir imkanın masa üzərindən qalxmadığını qeyd edib.

O həmçinin Ukrayna ilə bağlı dialoqa hazır olduqlarını, lakin ekspert səviyyəsində aktiv iş aparılmadığını deyib. Alyaskada Putinlə ABŞ Prezidenti Donald Trampın görüşünə dair isə bütün detalları açıqlamağın doğru sayılmadığını bildirib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir