ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında Çin lideri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Hindistan Baş naziri Narendra Modinin birgə fotosunu paylaşıb.

Yenifikir.media bildirir ki, Tramp paylaşımında Hindistan, Rusiya və Çin arasında son vaxtlar artan yaxınlaşmanı nəzərə alıb: “Görünür, Hindistan və Rusiyanı ən qaranlıq və dərin Çinə itirdik. Onlara uzun və firavan gələcək arzulayıram.”

 

Sentyabrın 2-də verdiyi müsahibədə isə Tramp Rusiya-Çin tərəfdaşlığından narahat olmadığını vurğulayıb: “ABŞ dünyanın ən güclü ordusuna sahibdir. Onların bu gücü bizə qarşı işlətməsi edə biləcəkləri ən böyük səhv olar.”

Qeyd edək ki, iyulda Tramp Hindistanın Rusiya nefti almasına görə bu ölkədən idxala əlavə 25 faiz rüsum tətbiq etmiş, nəticədə iki ölkə arasında gərginlik yaranmışdı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir