Toylardakı israfçılıqla bağlı heç çağırış edən yoxdur. Yaslardan on dəfə daha çox toylarda israfçılıq edilir.Əksər toylardan sonra külli miqdarda borclanan gənc cütlüyün dava-dalaşı boşanma ilə nəticələnir. Toy xərclərini ödəyə bilməyən gənclərin həyatı cəhənnəmə dönür.
Yaslarla bərabər toylardakı israfçılığı da qınamaq lazımdır.
Artıq Azərbaycanda toy mərasimləri bir çox hallarda ailələrin maddi imkanlarını aşan, hətta illərlə borc içində yaşamasına səbəb olan dəbdəbəli tədbirlərə çevrilib. Bu israfçılıq yalnız maddi deyil, həm də psixoloji fəsadlara gətirib çıxarır — xüsusilə də yeni qurulmuş ailələr üçün.
Gənc cütlüklər, toy edən valideynlər cəmiyyətin “nə deyərlər” qınağına görə ilə borca girir, daha bahalı zallar, daha çox qonaq, daha dəbdəbəli yemək və geyim seçilir.
Kredit və borcla başlayan evliliklər gərginlik, mübahisələr və sonda boşanmalara gətirib çıxarır. Təməli borc üzərində qurulan ailə problemlərə çox davam gətirmir.
Artıq cəmiyyətimizdə israfçılıq “ənənə”yə çevrilib. Halbuki bu nə dini, nə də etik baxımdan əsaslandırıla biləcək bir davranış deyildır.
Sadə, azsaylı qonaqlarla, ailə içində keçirilən toylar demək olarki yoxdur.
Yas mərasimlərindəki israfçılıq çox tənqid edilir, amma toylarda bu israfçılıq daha çoxdur. Və təəssüfki bu barədə çox az adam danışır, yaxud danışmaqdan çəkinir.
Elyar İslamoğlu
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
Filologiya üzrə fəlsəfə doktoru
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin