“Təzə Pir məscidində ehsan qiymətləri Bakıdakı mərasim evlərindəkindən bahadır. Sual verirəm: niyə?

Yenifikir.media xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.

Onun sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində, xüsusilə Naxçıvan və Qarabağda bu kimi israf halları yox dərəcəsindədir.

“Ən böyük problem Bakı şəhərindədir. Bakıda son beş ildə mərasim evlərinin sayına baxın, sürətlə artır. Hesab edirəm ki, Dini Komitə bununla bağlı daha kəskin çıxışlar etməlidir”.

Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və sədri Sevda Tahirli isə toylardakı israfçılıq halları ilə boşanmaların artması arasındakı əlaqəyə diqqət çəkib: “Çünki dəbdəbəli toylar, nə bilim, “love story”lər artıq xərcə yol açır. Sonra ailələr borcun-xərcin altından çıxa bilmir, nəticədə, ailələrdə problemlər yaranır”(Report).

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir