Azərbaycan Milli QHT Forumu tərəfindən “İsrafçılıq: milli-mənəvi dəyərlərin aşınması”mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə çıxış edən ziyalılar və ictimai xadimlər aşağıdakı mühüm məsələlərə toxunublar: Maarifləndirmə və təşviqat işlərinin gücləndirilməsi;

Qanunvericilikdə islahatların aparılması;

İnzibati tədbirlər və monitorinq mexanizmlərinin yaradılması;

İctimai qınağın artırılması. 

Çıxışçılar israfçılığın təkcə iqtisadi deyil, həm də mənəvi dəyərlərin aşınmasına səbəb olduğunu bildirərək, bu problemə qarşı cəmiyyətin birgə səfərbərliyinin vacibliyini vurğulayıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri də maarifləndirmə, təbliğat yolları və təkliflərlə çıxış ediblər. İlahiyyatçı-yazar Tural İrfan çıxış edərək israfçılığın dində günah olduğunu, toy və yas məclislərindəki dəbdəbənin milli ənənələrimizə zidd olduğunu qeyd edib.

Həmçinin bildirib ki, bəzi işbazlar və ənənələrdən, dindən maddi maraqları üçün sui-istifadə edənlər şadlıq evləri və mərasim evlərində yüksək qiymətlərə alternativsiz menyular təqdim etməklə təmtəraqlı ehsan və toy israfçılığının ləğvi məsələsinin həllinə mane olurlar. Gərəkərsə bu məsələ ilə bağlı müvafiq qanun qəbul olunub cərimələr tətbiq oluna bilər. 

Sessiyada televiziya və mətbuat işçiləri də iştirak ediblər.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir