Yunanıstan Baş naziri Kiryakos Miçotakis Salonikidə keçirilən 89-cu Beynəlxalq Yarmarkada çıxışında etiraf edib ki, Türkiyə ilə üç illik “sakit sular” mərhələsi məhz Afinanın addımları ilə sona çatıb.
Yenifikir.media türk mətbuatına istinadən xəbər verir ki, baş nazir dəniz parklarının yaradılması, enerji axtarışları və məkan planlaşdırması layihələrinin Türkiyənin etirazına baxmayaraq davam etdiriləcəyini bildirib:
“Yunanıstanın planları Türkiyənin təsdiqinə bağlı deyil.”
Baş nazir həmçinin Türkiyənin SAFE proqramına qoşulmasına veto qoyacaqlarını bəyan edib və TBMM-nin 1995-ci il “casus belli” qərarını hədəf alıb.
Miçotakis, Ərdoğanla dialoqu davam etdirməyə hazır olduğunu desə də, Türkiyə–Liviya dəniz səlahiyyətləri anlaşmasını “qanunsuz” adlandıraraq, Liviyada əsas tərəfin Yunanıstan olduğunu iddia edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin