Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident iqamətgahında Paraqvay, Moldova, Avstraliya və Lüksemburq səfirlərini qəbul edib.
Paraqvay səfiri Cirilo Guillermo Sosa Flores, Moldova səfiri Oleg Serebrian, Avstraliya səfiri Sally-Anne Vincent və Lüksemburq səfiri Daniel Da Cruz Prezident Ərdoğana etimad məktublarını təqdim edib.
Səfirlər, diplomat heyəti və ailə üzvlərini təqdim etdikdən sonra Prezident Ərdoğanla xatirə fotosu çəkdirib.
Sonrakı görüşlərdə Prezident Ərdoğan hər bir səfir ilə ayrı-ayrılıqda danışaraq iki ölkə arasında əməkdaşlıq və əlaqə imkanlarını müzakirə edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

