Şəhidlər Xiyabanında bəzi əcnəbilərin xoşagəlməz hərəkətlərə yol verdiyinin şahidi oluruq. Ərəb və fars əsilli bəzi şəxslərin təhqiramiz hərəkətlərə yol verməsi qəbuledilməzdir. Xüsusən müsəlman hesab olunan bu şəxslərin, İslamın ən ali dəyərlərindən olan şəhidlərə qarşı belə davranış sərgiləməsi utancvericidir. İslam dini şəhidə müqəddəs məqam sahibi kimi hər zaman hörmət edilməsini tövsiyyə edir. Yaxşı olar ki, şəhid və şəhidlər dəfn olunduğu məkanlarda böyük və nəzərəçarpan lövhələr vurulsun. Həm ziyarət ədəbi, ərkanı, qaydası göstərilsin həm də şəhidlərin dinimizdəki yeri, məqamı, fəziləti haqda ayələr qeyd olunsun. Qoy qonaqlar həm Allahın həm də dövlətin qaydaları ilə rəsmən tanış olsunlar. Yoxsa orada ziyarət edənlərin hərəsinin yanına bir nəzarətçi qoymaq mümkün deyil. Düşünürəm ki, bu hərəkətləri əcnəbi qonaqlar qanmamazlıqdan edirlər. Elələrinə qarşı qanunla hüquqi tədbir görülsə də analoji hal təkrarlana bilər. Bir daha belə halların baş verməməsi üçün xəbərdarlıq lövhəsinə ehtiyac var.

Tural İrfan
Teopolitoloq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir