Toy və yas mərasimlərindəki israfçılıq uzun müddətdir müzakirə olunur. Tanınmış ziyalılar, ictimai xadim və ilahiyyatçılar mətbuat -televiziya proqramlarında bu mövzuda çıxışlar edir.

Bu gün dəbdəbəli toy və yas mərasimləri iqtisadi baxımdan əlverişli sayılmır; yüksək qiymətlər toy və yas məclislərinin baha başa gəlməsinə səbəb olur.

Yenifkir.media bildirir ki, ARB televiziyasının efirində tanınmış ilahiyyatçı Tural İrfan yas mərasimlərindəki dəftər adətinə münasibət bildirib.

O qeyd edib ki, uzun müddətdir bu mövzuda təbliğat aparılır. Dəbdəbəli və təmtəraqlı “ehsan” süfrələrinin açılması məqsədəuyğun deyil. Ənənəvi olaraq, bu cür süfrələr dəftər məsələsi ilə əlaqələndirilir, ev sahibi böyük xərcə düşür və nəticədə pul yığmağa məcbur olur. Lakin, əgər ehsan yüngülvari – məsələn, xurma, çay, limon kimi – olsa, dəftər məsələsi müzakirə oluna bilər.

İlahiyyatçı vurğulayıb ki, Peyğəmbərimizin dövründə nə onun, nə də yaxınlarının vəfatında geniş süfrələr açılmayıb, ehsan məclisləri qurulmayıb. Yas mərasimlərində İslamın ənənələrinə uyğun olaraq sahibinə həm maddi, həm də mənəvi dəstək verilib; imkan daxilində bu dəstək pul, ərzaq və ya yemək şəklində ola bilər.

Sovet dövrünün ilk illərinə qədər də toylarda və yaslarda qapının yanına və ya sandıqcaya insanlar imkanlarına uyğun yardım qoyublar və heç kim bilmir ki, kim nə qədər kömək edib. Bu, dinimizin prinsiplərinə uyğundur – “sağ əl verdiyini sol əl bilməməlidir”.

Tural İrfan dəftər məsələsinin uyğunsuz olduğunu, borc yazılmaması lazım olduğunu bildirib. Belə ki, kimsə gedib 10 və ya 20 manat yazdırmasın; çünki bu, boynuna minnət qoymaq deməkdir. Dəstək tam təmənnasız olmalıdır. Qeyd edib ki, dünyasını dəyişən şəxs imkansız ailədən ola bilər və ona dəstək lazımdır, lakin siyahı açmaq düzgün deyil.

Dini çərçivədə baxıldığında şəxsi rəylər məsələyə qarışmamalıdır. Dəftər pul yığmaq üçün deyil, könüllü dəstək üçün olmalıdır; siyahı olmadan insanların kömək etməsi vacibdir. İlahiyyatçı bunu “borc dəftəri” adlandırır.

Əlavə olaraq, ehsan yalnız xurma və çay şəklində təqdim olunsun. Pul verilməsi artıq ehsan hesab olunmur. Kimin imkanı varsa, həm ərzaq, həm də yemək şəklində dəstək göstərə bilər. Borc dəftərinin açılması və borc yazılması düzgün deyil, çünki bu, ölü sahibinin boynuna minnət qoymaq deməkdir və bəzən qarşı tərəf üçün narahatlıq yaradır.

Beləliklə, bu məsələ həm milli adətlərimizdə sovet dövründən qalmış bir ənənə, həm də dinimizə uyğun olmayan praktikadır.

Fikrət 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir