ABŞ Dövlət Katibi Marco Rubio, Fransa Prezidenti Macron-un Fələstin dövlətini tanımaq qərarını “qətiyyətlə rədd etdiklərini” açıqlayıb və bunu “Hamas-ın təbliğatına xidmət” adlandırıb.
Macron isə X hesabında Fransa-nın Fələstin dövlətini tanıdığını və sentyabrda BMT-də rəsmi açıqlama verəcəyini bildirib. O, əsas məsələnin “Qəzzadakı müharibənin sona çatması və mülki əhalinin xilas edilməsi” olduğunu vurğulayıb.
Fransa və Səudiyyə Ərəbistanı 28-30 iyulda “Beynəlxalq Fələstin Konfransı”na birgə sədrlik edəcək.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

