Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 13 sentyabr Sakarya Zəfərinin ildönümü münasibətilə paylaşım edib. Ərdoğan bildirib ki, Sakarya Meydan Döyüşü yalnız hərbi qələbə deyil, həm də türk millətinin birlik və azadlıq iradəsinin təzahürüdür. Bu zəfər Milli Mücadilənin gedişatını dəyişib və Cümhuriyyətimizin təməllərini möhkəmləndirib.
Prezident vurğulayıb ki, bizlərə düşən vəzifə bu böyük mirası qoruyaraq gələcək nəsillərə ötürməkdir. O, Sakarya Zəfərinin bütün qəhrəmanlarını, şəhid və qaziləri hörmət və minnətdarlıqla anıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin