Sahibsiz küçə itləri problemi Azərbaycanda getdikcə aktuallaşır. Xüsusilə paytaxt Bakı və Abşeron ərazisində, eləcə də ölkənin digər bölgələrində bu heyvanlara rast gəlmək mümkündür. Məktəblərin açılması ilə uşaqların təhlükəsizliyi məsələsi daha da önəmli olur, çünki küçələrdə hər an ciddi risklər yarana bilər.
Bu mövzu ilə bağlı sosioloq Sədaqət Əliyeva yenifikir.media-ya açıqlama verib.
O bildirib ki, artıq uzun müddətdir ki, sahibsiz küçə itlərinin yaratdığı problem ictimai müzakirə mövzusudur və demək olar ki, bütün televiziya kanalları vətəndaşların narahatlığını işıqlandırıb. Çoxsaylı zərərçəkmiş sakinlərin danışdığına görə, uşaqların və böyüklərin həyatına yollarda təhlükə yaradan itlərlə bağlı hələ də ciddi tədbirlər görülmür.
“Bakıda, xüsusilə Abşeron ərazisində saysız-hesabsız sahibsiz küçə itləri gəzişir. Onların arasında xəstə və bəlkə də quduz olanlar var. Tədbir görülmədiyi üçün valideynlərə tövsiyəmiz budur: mümkün qədər azyaşlı uşaqları məktəbə və ya dükanlara tək buraxmasınlar” – deyə sosioloq əlavə edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin