Son zamanlar texnologiyanın inkişafı o qədər sürətli gedir ki, bəzən real həyatda baş verən hadisəni və ya hər hansı şəxsin görüntüsünü proqram vasitəsilə hazırlanmış süni məhsuldan ayırmaq çətinləşir. Bu cür hallara həm Azərbaycanda, həm də dünyada tez-tez rast gəlinir.

Xüsusilə də tanınmış simaların “Deepfake” texnologiyası ilə hazırlanmış saxta videoları ictimaiyyət arasında təəccüb və narahatlıq doğurur. Bu texnologiya bir tərəfdən kreativ sahələrdə maraqlı imkanlar yaratsa da, digər tərəfdən ictimai etimadı sarsıtmaq, dezinformasiya yaymaq və insanların şəxsi hüquqlarını pozmaq üçün ciddi təhlükə mənbəyinə çevrilir.

Mütəxəssislər hesab edirlər ki, süni intellektin bu sahədə tətbiqi daha da gücləndikcə, həm dövlətlər, həm də cəmiyyət saxta məzmunla mübarizə yollarını inkişaf etdirməlidir. Əks halda, gələcəkdə gerçəkliklə manipulyasiyanı bir-birindən ayırmaq daha da çətin olacaq.

Yenifikir.media xəbər verir ki, AzTV-nin “Xəbərlər” proqramının aparıcısı Cavid Sadıqov da belə bir halla üzləşib. Onun “Deepfake” texnologiyası ilə hazırlanmış saxta videosu sözün əsl mənasında aparıcının özündə də təəccüb doğurub.

Məsələ ilə bağlı tanınmış jurnalist Ültət Rəhimova müəllifi olduğu “Medialab” verilişində danışıb. Yenifikir.media isə adıçəkilən verilişdən bir hissəni təqdim edir:

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir