Bu gün UEFA Çempionlar Liqasının ilk turunda Türkiyə təmsilçisi Qalatasaray Almaniyada Ayntraxt Frankfurt komandası ilə qarşılaşacaq.
Frankfurt stadionunda baş tutan oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunu italiyalı hakim Marko Guida idarə edəcək. Ona Giorgio Peretti və Giuseppe Perrotti kömək edəcək. Dördüncü hakim funksiyasını isə Daniele Chiffi yerinə yetirəcək.
Start heyətləri:
Ayntraxt Frankfurt: Zetterer, Theate, Koch, Knauff, Chaibi, Burkardt, Larsson, Doan, Brown, Collins, Can Uzun
Qalatasaray: Uğurcan Çakır, Sallai, Sanchez, Singo, Eren Elmalı, Lemina, Torreira, Sane, İlkay Gündoğan, Yunus Akgün, Barış Alper Yılmaz
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin