Valideynlərdən pul yığılması ilə gündəmə gələn Nizami rayonundakı 250 nömrəli məktəbin direktoru Əliyeva Gülanə Bayandur qızının diplomunun saxta olduğu iddia edilir.

 

Qaynarinfo-nun məlumatına görə, o, 2015-ci ildə fəaliyyəti dayandırılan Azərbaycan Müəllimlər İnstitutunu bitirib. İddialara görə, Gülanə Əliyeva sözügedən ali məktəbə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanından kənar qəbul olunub.

Məktəb direktorunun diplomu saxtadır? (İDDİA)Qeyd edək ki, Gülanə Əliyeva 02 avqust 2023-cü ildə 250 nömrəli tam orta məktəbin direktoru təyin edilib. Məsələ ilə bağlı onunla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Məktəb direktorunun diplomu saxtadır? (İDDİA)DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə bildirdi ki, bu cür fərdi məlumatlar yalnız məhkəmə qərarı ilə ictimaiyyətə açıqlana bilər:

“Ya da diplomu verən Elm və Təhsil Nazirliyinə müraciət edə bilərsiniz”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir