ABŞ Prezidenti Donald Trump Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 25 sentyabrda Ağ Evdə qəbul edəcəyini açıqlayıb. Yenifikir.media xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyası məlumat yayıb.
Görüşdə Boeing təyyarələrinin satışı, F-16 və F-35 müzakirələri və digər ticarət və hərbi sazişlər müzakirə olunacaq.
Trump bildirib ki, Ərdoğanla hər zaman yaxşı münasibətləri olub və onunla görüşməi səbirsizliklə gözləyir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin