Belçika Baş naziri Bart De Wever, Lüksemburq Baş naziri Lyuk Friden və Malta Baş naziri Robert Abela ölkələrinin Fələstin Dövlətini tanıdığını açıqlayıb.

Yenifikir.media xəbər verir ki,De Wever BMT çərçivəsində keçirilən “Fələstin məsələsinə həll olunması və iki dövlətli həllin həyata keçirilməsi” mövzusunda beynəlxalq konfransda çıxış edib.

O bildirib ki, Belçika həmişə iki dövlətli həllin tərəfdarı olub və Nyu-York Bəyannaməsinə qoşularaq mövqeyini bir daha təsdiqləyib. Baş nazir əlavə edib ki, ölkəsi həm də Qəzzaya göndərilən humanitar yardımlarla dəstəyini hər zaman göstərib.

Baş nazir həmçinin qeyd edib ki, İsrailin yüksək vəzifəli şəxslərinin “Fələstin dövləti heç vaxt olmayacaq” açıqlamaları, əksinə, fələstinlilərin dövlət qurmaq haqqını daha da ön plana çıxarır. “Belçika bu qərarı ilə dünyaya güclü siyasi və diplomatik mesaj verir”, – deyə De Wever bildirib.

Qeyd edək ki, Belçika son vaxtlar Fələstinə 190 tondan çox yardım göndərib. Bundan əlavə olaraq 12,5 milyon avro ayırmağı da qərarı verib..

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir