Ukrayna Prezidenti Vladimir Zelenski və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində BMT-nin baş qərargahında görüşüblər.Liderlər arasında dialoq ingilis dilində olub.
Yenifikir.media xəbər verir ki,Ukrayna prezidenti Zelenski Tokayevə ingilis dilində “How are you?” (Necəsiniz?) deyib.Tokayev isə “Okay, it’s glad to see you” (Yaxşı, sizi görməyə şadam) cavabını verib.
Tokayev görüşdə Ukrayna münaqişəsinin diplomatik yolla həllini dəstəklədiyini bildirib. Tərəflər həmçinin xüsusi hərbi əməliyyat və böhranın həlli ilə bağlı mövqelərini müzakirə ediblər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin