Fransanın koloniyası olan Yeni Kaledonya 2027-ci il prezident seçkilərindən əvvəl müstəqilliyini elan edəcək. Yenifikir.media xəbər verir ki, bu barədə Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) açıqlama verib.
İyulda imzalanan Bougival Müqaviləsi yerli senat tərəfindən rədd olunmuşdu. Müqavilə adanın Fransaya bağlı xüsusi status almasını nəzərdə tuturdu.
2024-cü ildə müstəqillik tərəfdarlarının etirazları zamanı 13 nəfər həlak olmuşdu. Hadisələrdən sonra danışıqlar başlasa da, ada xalqı tam müstəqillik istəyir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin