Milyarder Elon Maskın 79 yaşlı atası Errol Musk barədə ABŞ mətbuatında ciddi ittihamlar yayılıb. Bildirilir ki, o, 30 ildən artıq müddətdə beş övladına qarşı cinsi istismarda bulunub. Bir neçə dəfə evlənən Errol Muskın ümumilikdə 9 uşağı var.

Yenifikir.media xəbər verir ki, New York Timesdə dərc olunan məlumatlar polis və məhkəmə sənədləri, həmçinin ailə üzvlərinin açıqlamalarına əsaslanır. İddialara görə, hadisələr həm Cənubi Afrikada, həm də Kaliforniyada baş verib.

İlk şikayət 1993-cü ildə ögey qızdan gəlib, sonuncu iddia isə 2023-cü ildə kiçik oğlunun ifadəsinə bağlıdır. Üç dəfə polis araşdırma aparsa da, heç biri məhkəmə hökmü ilə nəticələnməyib.

Errol Musk isə bu ittihamları “tamamilə yalan və absurddur” sözləri ilə rədd edib. Məqalədə həmçinin bəzi ailə üzvlərinin Elon Maskdan maddi yardım almaq üçün uşaqlara yalan danışdırdığı da qeyd olunur.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir