Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen yeni qalmaqalla üzləşib. Macarıstanlı deputat Kinqa Qal bildirib ki, Avropa ombudsmanı onun Fransa prezidenti Emmanuel Makrona göndərdiyi gizli mesajlarla bağlı araşdırma başlayıb. Mesajların Aİ–MERCOSUR razılaşması ilə bağlı olduğu və “PfizerGate” qalmaqalındakı kimi itib yoxa çıxdığı bildirilir.

Yenifikir.media bildirir ki,deputat Avropa Komissiyasında şəffaflıq olmadığını deyərək gizli danışıqlara son qoyulmasını tələb edib.

Xatırladaq ki, ötən il fon der Lyayen Pfizer ilə vaksin müqavilələrinə dair yazışmaları açıqlamadığına görə məhkəməyə verilmişdi. Həmin vaxt Dmitri Medvedev də 71 milyard avroya 4,6 milyard doza vaksin alınmasını tənqid etmişdi.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir