Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Reaksiyalar:

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın