Pakistanın İnformasiya Nazirliyi İslamabadın birgə müdafiə haqqında Məkkə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına 30 mindən 40 minədək hərbi qulluqçu göndərəcəyi barədə “Reuters”in məlumatlarını təkzib edib. Qurum Pakistanın krallığın təhlükəsizliyinin təmin edilməsinə sadiqliyini təsdiqləyib, lakin KİV tərəfindən yayılan razılaşma təfərrüatlarının həqiqətə uyğun olmadığını bildirib.

Nazirlik mənbəyi bəlli olmayan məlumatlara əsaslanan xəbərlərdən çəkinməyə, Xarici İşlər Nazirliyi və digər qurumların rəsmi mənbələrinə istinad etməyə çağırıb. «Rəqəmlər və təfərrüatlar uydurmaq əvəzinə, istənilən sorğular onlara ünvanlanmalıdır», — bəyanatda vurğulanır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın