Abşeron rayonunda yerləşən binalardan birinin damına çıxaraq, aşağıya taxta və şüşə parçası atan şəxslərin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.Avtosfer.az xəbər verir ki, bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

Qeyd olunub ki, onlar valideynləri ilə birgə polis orqanına dəvət edilərək profilaktik söhbət aparılıb. Yeniyetmələrin valideynləri barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülərək, aidiyyəti üzrə yönləndirilib.Abşeron rayonunda yerləşən “Yeni Bakı” yaşayış kompleksində təhlükəli hadisə baş verib. 

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Baku.ws”in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, kompleksin 2A saylı binasında 14 yaşlı bir qrup qız binanın damına çıxaraq, aşağıya taxta və şüşə parçası atıblar.

Hadisə şahidlərinin bildirdiyinə görə, uşaqlar ətrafdakılar üçün təhlükə yaradıb və bəzi sakinlər təhlükəsizlik məqsədilə binanın qarşısından uzaqlaşıblar.

“Bu cür halların qarşısı vaxtında alınmasa, həm uşaqların, həm də digər vətəndaşların həyatı üçün ciddi risklər yarana bilər”, – deyə məlumatda qeyd olunub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir