Məşhur türk aktyoru və müğənni Özcan Deniz, 2050-ci ildə baş verən “Tesserakt” serialında dövlət başçısını canlandıracaq. Serialda onun səsi və görüntüsü süni intellekt vasitəsilə klonlanacaq və İngilis dilində yayımlanacaq.

Yenifikir.media xəbər verir ki, Özcan Deniz həm “Son Yemək” filmi üzərində işləyir, həm də bu serialda rol alır. Altı bölümdən ibarət olan serialın hər bir bölümü 7-10 dəqiqə davam edəcək. Serialın əsas personajı isə süni intellektlə yaradılmış Laila adlı qadın xarakteridir. 

Qeyd edək ki, “Tesserakt” serialı 13 Oktyabrda Cannesdakı MIPCOM sərgisində beynəlxalq aləmdə təqdim olunacaq.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir