Bu ilin yanvar-iyul ayında DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib. Onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,2 faiz olub.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ilin may ayından indiyədək ölkəmizdə 8 DOST mərkəzi (Bakı, Abşeron, Bərdə, Naxçıvan), 4 DOST filialı (Şuşa, Tərtər, Neftçala, İmişli) və 3 DOST məntəqəsi (Zəngilan, Kəlbəcər, Füzuli) açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərindən ibarət 164 xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir