İflas edən Spirit Airlines-ın 100 milyon işçi e-poçtu, 500 milyon Microsoft Teams mesajı və 30 milyon sətir proqram kodundan ibarət rəqəmsal arxivi satışa çıxarılıb.

Google şirkətin məlumatları üçün keçirilən hərracda 10 milyon dollarlıq təkliflə qalib gəlib. Arxivdə maliyyə, marketinq, uçuş əməliyyatları, qiymət siyasəti və digər korporativ məlumatlar yer alır.

Şirkət bu məlumatlardan məhsul inkişafı və süni intellekt modellərinin təlimində istifadə etməyi planlaşdırır. Müştərilərin şəxsi və kredit kartı məlumatlarının isə satışdan çıxarılması və məlumatların anonimləşdirilməsi nəzərdə tutulur.

Google-ın təklifinə qarşı süni intellekt şirkəti Mercor 7,5 milyon dollar təklif edib.

Satışın baş tutması üçün ABŞ İflas Məhkəməsinin təsdiqi tələb olunur.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir