Suriya Prezidenti Əhməd Şara Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı və nümayəndə heyətini qəbul edib.
Dəməşqdə keçirilən görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və sektorun inkişafına yönələcək addımlar müzakirə olunub.
Görüşdən əvvəl Türkiyə və Suriya arasında mədənçilik sahəsində strateji tərəfdaşlığa dair “Fosfat sahəsində Anlaşma Memorandumu” imzalanıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

