Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Humanitar Yardım Günü münasibətilə paylaşım edib.Ərdoğan mesajında Qəzzədəki humanitar böhrana diqqət çəkərək, Türkiyənin dünyanın müxtəlif bölgələrində ehtiyacı olan insanlara dəstəyini davam etdirəcəyini bildirib.
“Tariximizdən və qədim sivilizasiya dəyərlərimizdən aldığımız güclə bu siyasətdən üstün məsələdə hər kəsə nümunə olmağı, milli gəlirinə nisbətdə dünyada ən çox humanitar yardım göstərən ölkə mövqeyimizi qorumağı davam etdiririk”, – deyə Ərdoğan qeyd edib.
Prezident dünyada 300 milyondan çox insanın ən fundamental ehtiyaclardan məhrum vəziyyətdə yaşadığını vurğulayıb.
“Zülmə məruz qalanların, yetimlərin, çarəsizlərin və ehtiyac sahiblərinin köməyinə çatmaq, kimsəsizlərin dayağı olmaq dinimizin bizə əmridir. Türkiyə olaraq harada ehtiyac sahibi varsa, mərhəmət əlimizi ora uzatmağa davam edəcəyik. Qəzzə başda olmaqla, dünyanın bir çox bölgəsində ehtiyacı olanların əlindən tutmağı, məzlum və zərərçəkənlərə ümid olmağı davam etdirəcəyik”, – deyə Ərdoğan bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

