Məşhur investor Warren Buffettin üç övladı — Susie, Howard və Peter — universitetdə oxusalar da, heç biri diplom almayıb. Susie məzuniyyətə cəmi üç kredit qalmış təhsilini yarımçıq qoyub.Buffett övladlarının seçimlərinə müdaxilə etməyib və onların öz maraqlarına uyğun karyera qurmasına şərait yaradıb. Susie xeyriyyəçilik, Howard kənd təsərrüfatı və humanitar fəaliyyət, Peter isə musiqi sahəsində uğur qazanıb.
Buffettın fikrincə, diplom uğurun yeganə yolu deyil. O, övladlarına böyük sərvət buraxmaq əvəzinə, müstəqil həyat qurmaları üçün kifayət qədər miras verməyi planlaşdırır.
Milyarder sərvətinin 99 faizindən çoxunu xeyriyyəçiliyə bağışlamağı vəsiyyət edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

