Diyarbakırda 4 yaşlı qız uşağı quduzluq əlamətləri səbəbilə intubasiya edilib. Onun 4 ay əvvəl pişik tərəfindən dodağından dişləndiyi bildirilir.Mütəxəssis Prof. Dr. Bülent Ertuğrulun sözlərinə görə, quduzluğun əlamətləri təmasdan aylar, hətta çox nadir hallarda illər sonra ortaya çıxa bilər.
O bildirib ki, pişiklər quduzluğun əsas təbii daşıyıcısı deyil. Türkiyədə son 20 ildə pişik mənşəli quduzluq hadisəsi qeydə alınmayıb. Son 10-15 ildə aşkarlanan 20-dən çox quduzluq hadisəsinin isə itlərlə təmasdan sonra baş verdiyi açıqlanıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

