Qalatasarayın cinah transferi üçün Marcus Rashford, Gabriel Martinelli və Rafael Leao arasında seçim etdiyi bildirilir.Sarı-qırmızılıların bu üç futbolçudan birini heyətinə qatmaq üçün Manchester United, Arsenal F.C. və AC Milan ilə danışıqları sürətləndirdiyi qeyd olunur.
Rashford və Leao transferə müsbət yanaşsa da, Leao ilə bağlı zədə narahatlığı olduğu bildirilir. Martinelli üçün isə danışıqlar davam edir.
Forvard Alexander Sörlothun yüksək maliyyə tələblərinə görə transfer siyahısından çıxarıldığı, 21 yaşlı Conrad Harderin isə alternativlər arasında olduğu qeyd edilib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

