Türkiyə futbolunun tanınmış simalarından Emre Belözoğlu futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətini davam etdirir. Bu dəfə isə keçmiş futbolçu şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib.2020-ci ildə futbolçu karyerasını başa vuran Belözoğlu Umrə ziyarəti zamanı etdiyi duadan və övladları ilə bağlı düşüncələrindən danışıb. Məşhur məşqçinin açıqlamaları zamanı emosional anlar yaşaması diqqət çəkib.

2009-cu ildə Tuğba Gürevinlə ailə həyatı quran Emre Belözoğlu Ömər Akif, Zeynəb Neda və Məryəm Leyla adlı üç övladın atasıdır. O, qatıldığı YouTube proqramında övladlarından danışarkən duyğulanıb.

“Umrədə ilk duam Ömər üçün idi”

Belözoğlu övladlarına olan sevgisindən və onlar üçün saxladığı xüsusi xatirələrdən danışıb:

“Umrədə ilk duam Ömər idi. Kəbəni ilk dəfə gördüyüm zaman ‘Allahım, mənə gülərüzlü bir oğlan övladı ver’ demişdim. Və Ömər Akif dünyaya gəldi.

Onlar mənim hər zaman dualarım oldular. Qız övladımın olmasını istədim, Allah mənə iki qız verdi.

10 il sonra bu müsahibəmi dinləsələr, onlarla hər zaman fəxr edəcəyimi, onların atası olmaqdan xoşbəxt olduğumu və bunu həyatımın ən böyük nəsiblərindən biri hesab etdiyimi bilmələrini istəyirəm”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir