Almaniyanın paytaxtı Berlində çoxmərtəbəli binanın 11-ci mərtəbəsində baş verən yanğında qadın mənzildə köməksiz qalıb.Hadisə yerinə gələn yanğınsöndürənlərin nərdivanı binanın quruluşuna görə yalnız 9-cu mərtəbəyə qədər çatıb. Qadının olduğu mənzilə çatmaq mümkün olmadığından xilasedicilər ona iki mərtəbə aşağıda yerləşən kiçik xilasetmə səbətinə tullanmağı tapşırıblar.
Arxasında alov, qarşısında isə onlarla metr yüksəklik olan qadın bir müddət tərəddüd etdikdən sonra özünü boşluğa buraxıb.
Qadın iki mərtəbə aşağıdakı xilasetmə səbətinə düşərək sağ-salamat xilas edilib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

