ABŞ-ın Axios saytı yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahunun seçkilər öncəsi reytinqi zəifləyir. Sorğular onun koalisiyasının 49-53 mandat qazana biləcəyini göstərir. Hökumət qurmaq üçün isə 61 mandat tələb olunur.Müxalifətin 67-70 mandat əldə edə biləcəyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp isə son həftələrdə Netanyahuya dəstək verib-vermədiyi barədə suallara açıq cavab verməyib. Axios Tramp və Netanyahu arasında İran, Qəzza və Livan məsələlərində fikir ayrılıqlarının artdığını yazır.
İddiaya görə, Tramp Netanyahunu “özünün ən böyük düşməni” adlandırıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

