Türkiyənin Daxili İşlər Nazirliyi beynəlxalq səviyyədə qırmızı bülletenlə axtarılan mütəşəkkil cinayətkar dəstənin rəhbəri Serkan Kurtuluşun Argentinadan Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, Kurtuluş Argentina ərazisində saxlanılıb və bu gün Türkiyəyə təhvil verilib. Əməliyyat Türkiyə Daxili İşlər, Xarici İşlər və Ədliyyə nazirliklərinin, həmçinin İnterpol-Europol, KOM və Kəşfiyyat bölmələrinin koordinasiyası ilə həyata keçirilib.
Kurtuluş qəsdən və planlaşdırılaraq adam öldürmə, cinayət təşkilatı yaratma, silahlı quldurluq və silahlı hədələmə kimi bir sıra cinayətlərdə axtarılırdı.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi isə bildirib:
“Haraya qaçsalar da, polad iradəmizdən xilas ola bilməzlər. Dünyanın o biri ucuna belə qaçsalar, dəstə rəhbərlərini bir-bir tapır, ölkəmizə gətirir və Türkiyə ədalətinə təhvil veririk.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

