ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü Nensi Meys Kolumbiya dairəsində ölüm hökmünün bərpasını nəzərdə tutan qanun layihəsi hazırladığını açıqlayıb.Təklifə əsasən, ölüm hökmü qəsdən adam öldürmə, terror aktları, polis və təcili yardım əməkdaşlarının qətlə yetirilməsi, uşaqlara qarşı cinsi zorakılıq, həmçinin yetkinlik yaşına çatmayanlara ölümə səbəb olan narkotiklərin yayılması kimi ağır cinayətlərə görə tətbiq oluna bilər.

Meys hesab edir ki, bu cür cinayətlərə görə mümkün olan ən ağır cəza nəzərdə tutulmalıdır.

Kolumbiya dairəsində ölüm hökmü 1980-ci ildə ləğv edilib və həmin vaxtdan tətbiq olunmayıb. Meys bu qərarın yenidən nəzərdən keçirilməsini və ölüm hökmünün bərpasını təklif edir.

Xatırladaq ki, daha əvvəl Livan parlamenti ölüm hökmünün tamamilə ləğvini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bununla da Livan ərəb dünyasında bu cəzadan imtina edən ilk ölkə olub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir