2027-ci ildə Rusiyada standart şərtlərlə yaşa görə sığorta pensiyası heç kimə təyin olunmayacaq.Məlumata görə, bu, 2019–2028-ci illəri əhatə edən pensiya islahatının keçid mərhələsi ilə bağlıdır.Rusiya hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Balınin bildirib ki, 2026-cı ildə pensiya almaq hüququ 1967-ci il təvəllüdlü qadınlar və 1962-ci il təvəllüdlü kişilərdə yaranacaq. 2028-ci ildə isə bu hüquq müvafiq olaraq 1968 və 1963-cü il təvəllüdlülərə veriləcək.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

