Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə sakinlərini kiçik yaşayış məntəqələrində boş qalan ev və torpaq sahələrini almağa çağırıb.Lukaşenko kənd əhalisinin məhsul və xidmətlərlə təmin olunmasına dair müşavirədə bildirib ki, Belarusda aqroşəhərciklər və iri kəndlər inkişaf etdirilir, yollar təmir olunur və kəndlərdə ticarət xidmətlərinə tələblər artırılır.
Onun sözlərinə görə, kiçik kəndlərin bir qismi gələcəkdə yox ola və ya başqa yaşayış formatına çevrilə bilər.Prezident bu baxımdan “izbinq” adlandırılan tendensiyaya diqqət çəkib. Bu anlayış boş və ya köhnə kənd evlərinin alınıb təmir edilərək istirahət və yaşayış üçün istifadəsini nəzərdə tutur.
Lukaşenko qeyd edib ki, belə ev və torpaq sahələrini əsasən rusiyalılar alır.
“Ruslar mənim çağırışımı eşidiblər: bu torpaqları alırlar, boş evləri də satın alıb təmir edir, qaydaya salır, bəzilərini isə sökürlər. Amma belaruslar məni eşitmirlər”, – deyə prezident bildirib.
Lukaşenko əlavə edib ki, belaruslar bir müddət sonra bu imkanları itirdiklərinə görə təəssüflənə bilərlər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

