Almaniya hüquq-mühafizə orqanları Leypsiq/Halle hava limanında partlayıcı maddə ilə yüklənmiş dronla bağlı insidentdə Ukraynanın mümkün iştirakını araşdırır. Bu barədə “Zeit” qəzeti mənbələrinə istinadən yazıb.
Hadisə avqustun 5-də Ukraynaya məxsus nəqliyyat təyyarələrinin yerləşdiyi hava limanı ərazisində baş verib. Almaniya Baş Prokurorluğu insidentlə bağlı terror aktına cəhd və hava nəqliyyatına təhlükəli müdaxilə şübhəsi ilə araşdırma aparır.
İstintaqın nəzərdən keçirdiyi versiyalardan birinə görə, hadisə Rusiyanın üzərinə atılmalı olan “saxta bayraq” əməliyyatı ola bilər. Qəzet yazır ki, məqsəd Berlinin Ukraynaya hərbi və maliyyə yardımını davam etdirməsinə əsas yaratmaq ola bilər.
Ukraynanın hadisədə iştirakına dair isə hələlik təsdiqlənmiş məlumat yoxdur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

