“Azərbaycan Prezidentinin Naxçıvana səfəri həm Naxçıvanın tarixində, həm də bütövlükdə Azərbaycan dövlətçilik tarixində mühüm hadisə kimi yadda qalacaq. Naxçıvan Azərbaycanın ən strateji coğrafiyalarından və strateji dayaq nöqtələrindən biridir”.Bunu Musavat.com-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Deputat bildirib ki, Naxçıvanın coğrafi mövqeyinin xüsusi hərbi-strateji əhəmiyyəti olduğuna görə bu ərazi vaxtilə Azərbaycandan qoparılıb:

“1921-ci ildə Naxçıvana xüsusi status verilmişdi. Sonrakı mərhələdə isə Qərbi Zəngəzurun 1921-ci ildə Ermənistana verilməsindən sonra Naxçıvana quru sərhədlərimiz bağlanmışdı. Bütün bunlar Naxçıvanın nə dərəcədə əhəmiyyətli bir coğrafiya olduğunu göstərir. Naxçıvan həm bizim dövlətçilik tariximizin əhəmiyyətli məkanlarından biridir, Atabəylər dövründə paytaxtımız olub. Həm də mədəniyyət tariximizin mühüm coğrafiyalarından biridir. Əcəmi Naxçıvanidən tutmuş Məmməd Səid Ordubadiyə, Yusif Məmmədəliyevə qədər uzanan bir xətt Naxçıvanın böyük intellektual mühitinin göstəricisidir. Amma eyni zamanda Naxçıvan İranla, Ermənistanla və qardaş Türkiyə ilə sərhəd olmaqla, Türkiyə ilə yeganə quru sərhədimiz olan ərazimizdir”.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı hərbi-strateji təhlükəsizlik məsələsi də xüsusi diqqət mərkəzində olub:

“Ona görə də məhz diqqət etsək, görəcəyik ki, Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı ilk növbədə Azərbaycan Prezidenti yenə də hərbi-strateji təhlükəsizliyi önə çəkərək Naxçıvanda özünün yaratdığı Əlahiddə Ümumqoşun Ordusunun qərargahında oldu.Bütün bunlar, əlbəttə ki, təkcə Naxçıvanın təhlükəsizliyi deyil, həm də Azərbaycan Prezidentinin ifadə etdiyi kimi, yükləmə qabiliyyəti 15 milyon tona qədər çatdırılacaq kommunikasiyaların, iqtisadiyyatın, gələcəkdə qovşağa çevriləcək Naxçıvanın iqtisadi təhlükəsizliyinin təminatı üçün lazımdır. Bütün bunlar isə, əlbəttə ki, Naxçıvanı tranzit marşrutunun əhəmiyyətli bir seqmentinə çevirir və beləliklə, arzu etdiyimiz gələcək inkişafına qovuşdurur. Bu isə heç şübhəsiz ki, nəticə etibarilə Azərbaycanın inkişafı deməkdir”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir