AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zəki Bayram Yurdçunun 60 illik yubileyi və “Ömür – axar su kimi” adlı şeirlər kitabının təqdimatı Atatürk Mərkəzində təşkil olunub.

Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən yenifikir.media-ya verilən məlumata görə, tədbirdə ədəbiyyat və mədəniyyət xadimləri, eləcə də müəllifin həmkarları iştirak ediblər.

Yubiley mərasiminin moderatoru Mübariz Məsimoğlu olub. Tədbirdə Ədəbiyyat İnstitutunun alimlərindən filologiya elmləri doktorları Akif İmanlı, Yaşar Qasımbəyli, Pərvanə Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlu, Qürbət Mirzəyev, Qədim Qubadoğlu, Gülnar Səma, həmçinin şair İbrahim Yusifoğlu və digər çıxışçılar Zəki Bayram Yurdçunun elmi və bədii yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Mərasimdə tanınmış qələm adamları – Ağacəfər Həsənli, İlqar Türkoğlu, Bəsti Əlibəyli, Nazilə Gültac, İradə Aytel, Zakir Ağdamlı, Elçin Muradxanlı, Məmməd Tahir və başqaları da yubilyarı təbrik edərək yeni kitabın ədəbi məziyyətlərindən söz açıblar.

Təqdimatın sonunda Zəki Bayram Yurdçu iştirakçılara minnətdarlığını bildirib, şeirlərini səsləndirib. Mərasim xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında çap olunan 364 səhifəlik kitabın redaktoru Ayaz Arabaçı, rəssamı isə Sehran Allahverdidir.

 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir