Fənərbaxçanın qapıçısı Edersonun gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda sürpriz mübadilə variantı ortaya çıxıb.İddialara görə, vasitəçi menecerlər “Yuventus”da gələcəyi sual altında olan argentinalı Niko Qonzalesi Fənərbaxçaya gətirmək, Edersonu isə İtaliya klubuna göndərmək üçün mübadilə üzərində işləyirlər.

28 yaşlı Qonzales ötən mövsümü icarə əsasında “Atletiko Madrid”də keçirib. İspaniya klubu futbolçunun transfer hüquqlarını almayıb və argentinalı hücumçu “Yuventus”a qayıdıb.

Fənərbaxçanın sol cinah üçün Rafael Leao və Markus Reşfordla yanaşı, Qonzalesi də alternativlər sırasında nəzərdən keçirdiyi bildirilir. “Yuventus”un isə qapıçı axtarışında Edersonu namizədlərdən biri kimi dəyərləndirdiyi qeyd olunur.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir