Rusiyanın Omsk şəhərində avtomobilin təhlükəsizlik adasına çırpılması nəticəsində xəsarət alan qadın reanimasiyada vəfat edib.Hadisə avqustun 6-da baş verib. Son məlumata görə, qəza nəticəsində yaralananların sayı 9 nəfərə çatıb. Onlardan biri ağır vəziyyətdə reanimasiyada qalır, digər 7 nəfərin vəziyyəti qənaətbəxşdir.
İlkin ehtimala görə, avtomobili idarə edən 64 yaşlı kişinin ürəyində problem yaranıb və bu səbəbdən idarəetməni itirib. Faktla bağlı cinayət işi açılıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

