Rusiya Prezidenti Vladimir Putin Şeremetyevo Beynəlxalq Hava Limanının özəlləşdirilməsinə icazə verən fərman imzalayıb.Fərmana əsasən, dövlət “qızıl səhm” hüququnu özündə saxlayacaq. Bu mexanizm hökumətə strateji qərarları bloklamaq imkanı verir. Eyni zamanda, hava limanının səhmlərinin xarici investorlara satışı məhdudlaşdırılıb.Sənəddə hökumətə Şeremetyevonun əsas fəaliyyət istiqamətinin qorunması da tapşırılıb.

Qeyd edək ki, 2026-cı ilin yanvarında Şeremetyevonun törəmə şirkəti “Perspektiva” Domodedovo hava limanını 66,1 milyard rubla satın almışdı. İyul ayında isə Vnukovo hava limanının Domodedovonun idarə olunmasında Şeremetyevonun strateji tərəfdaşı olacağı açıqlanmışdı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir